Kateqoriyasız

İsrail yığmasının baş məşqçisi heç-heçəni şərh etdi

İsrail millisinin baş məşqçisi Eli Qutman DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində yığmamızla görüşdən sonra keçirilən mətbuat konfransında heç-heçəni (1:1) şərh edib.

Təcrübəli mütəxəssis millimizin yaxşı oynadığını bildirib:

“Bu oyunda planımız baş tutmadı. Artıq ilk yarıda 3-4 qol imkanımız var idi, ancaq bunlardan yararlana bilmədik. Bu da Azərbaycana əlavə stimul verdi. Bu nəticədən razı deyiləm. Qələbə qazanmaqlı idik. Lakin Azərbaycan millisinin də yaxşı oynadığını qeyd etməliyəm. Çoxlu sayda qol vəziyyətlərim olsa da, yalnız birindən istifadə etdik. Gələcəyimlə bağlı da narahat olmayın. Hər şey yaxşı olacaq. Artıq bütün diqqətimiz Rusiya ilə oyuna yönəldəcəyik. Səfərdə qələbə qazanmaqla iddiamızı davam etdirməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43