Dünya futbolu

İsrailli futbolçulardan etiraz – LGTB-yə görə

İsrailli futbolçular LGTB-yə dəstək aksiyasından imtina ediblər.

İdmanxeber.az-ın məlumatına görə, çempionatın 21-ci turunda komandaların meydana LGTB bayrağı olan köynəklə çıxması planlaşdırılmışdı. Aksiyada məqsəd cinsi azlıqlara qarşı təzyiqlərin qarşısını almaq və onları dəstəkləmək olduğu bildirilirdi.

Ancaq futbolçulardan bir neçəsi federasiyanın bu qərarını etirazla qarşılayıblar. Belə ki, “Hapoel”in 1, “Bney Saxnin”in 9 üzvü köynəyi geyinməkdən imtina edib.

Yaşananların ardından İsrail Futbol Federasiya oyunçuların bu qərarına hörmətlə yanaşacaqlarını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43