18 Yanvar 2021
Kateqoriyasız

“İstəyərdim Rəşadın yanında olum və onu ürəkdən qucaqlayım” – Qurban Qurbanov

“Bu, hər iki komanda üçün çox vacib bir oyundur. Xallarımız yoxdur, qələbə qazanmaq istəyirik. Əvvəlki matçda “Sivasspor”un gücünü gördük”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah “Sivasspor”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

– Sabahkı oyuna yaxşı hazırlaşmışıq, sadəcə, itkilərimiz var. Beş oyunçu oynaya bilməyəcək. Hər halda qələbə qazanmağa çalışacağıq. Qardaşıq, amma meydanda hər komanda qazanmaq istəyir. Oyunçularıma inanıram.

– Komandanız meydana azad olunmuş Ağdam təmsilçisi kimi çıxacaq. Bu, komanda üçün nə dərəcədə vacibdir?
– Bundan əvvəl də hər oyun xüsusi idi, böyük məsuliyyət var idi. Bütün rəqiblərə qarşı xarakter göstərməyə çalışırq, bütün Qarabağı ləyaqətlə təmsil etməyə çalışmışıq. İndi daha yüksək motivasiyamız var. Torpaqlarımız azad edildi, Ağdamın azadlığı komandaya təsir edəcək. Biz artıq qaçqın komandası deyilik. Özümüzü yaxşı hiss edirik. Ancaq narahatlıqlar var: yüksək əhval-ruhiyyə komandaya mənfi təsir göstərə bilər. Ali Baş Komandanımıza təşəkkür edirəm. Türkiyə başda olmaqla bizə dəstək olan bütün ölkələrə təşəkkür edirəm.

– Heyətdəki itkilərlə bağlı nə deyə bilərsiniz?
– 13 meydan oyunçumuz və 3 qapıçımız var. “Sivasspor”un baş məşqçisinin açıqlamalarını oxudum. Yaxşı oyunçulara sahibdirlər. Müdafiədə problemlərimiz var. Müdafiəçilərimiz etibarlı oynamalıdırlar.

– “Sumqayıt”la matçdakı heyəti sabah meydanda görə bilərik?
– Çox dəyişiklik olmayacaq. Kəlbəcərin azad edilməsindən danışmaq istərdim. Uzun illər klubun kapitanı olmuş Rəşad Sadıqov bu bölgəmizdəndir. O, mənim dostum, qardaşımdır və uzun illər onun  nələr hiss etdiyini bilirdim. İstəyərdim, Rəşadın yanında olum və onu ürəkdən qucaqlayım. Bütün kəlbəcərliləri və Azərbaycan xalqını bu günə görə təbrik edirəm.

Oyunçulara gəlincə, Romero hazırdır, amma çoxdandır oynamır. “Sumqayıt” a qarşı da az oynadı. Bəzi futbolçular 90 dəqiqənin hamısını oynamağa hazır deyil.

– Ağdamdakı “İmarət” stadionunun hazırkı vəziyyəti ilə bağlı videoya baxmısınız?
– Yeni bir stadion tikmək üçün vaxt lazımdır.

– Ağdamı ziyarət etmək istəyirsiniz?
– Planlarımız var. Bəlkə də bu şənbə getdik. Bu məsələyə dövlət qurumları qərar verir. Biz cavab gözləyirik. İnanıram ki, Ağdama gedə bilərik. Məscidi, “İmarət” stadionunu və Allahverdi Bağırovun (Azərbaycanın Milli Qəhrəmanı, “Qarabağ”ın keçmiş futbolçusu və baş məşqçisi – red.) məzarını ziyarət edəcəyik.

– Yəqin Dieqo Maradonanın öldüyünü eşitdiniz …
– Bu, böyük bir itkidir.(azerisport.com)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizin rəqibinin baş məşqçisi: “Azərbaycanla oyun üçün uzun yol qət etməli olacağıq”

admin

Rüfət Dadaşov ABŞ-da rəmzi 11-likdə

admin

Qurban Qurbanov: “İkinci hissə istədiyimiz oyunu ortaya qoyduq”

admin