Ölkə futbolu

“İstərdik ki, ilk rəqibimiz asan olsun” – Qurban Qurbanov

“Normal oyun keçdi. Baxmayaraq ki, Avstriyada ilk oyunumuz idi, istərdik ki, ilk rəqibimiz bir az asan olsun, bugünkü rəqibimiz yetəri qədər güclüydü”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ludaqorets”lə yoxlama görüşündən sonra deyib.

Bolqarıstan klubuna yenilən (0:2) Ağdam klubunun çalışdırıcısı bu görüşün onlar üçün faydalı olduğunu bildirib:

“Bu oyunun bizim üçün çox faydası olduğunu düşünürəm. Bəzi futbolçular 45, bəziləri 60 dəqiqə oynadı. Abbas Hüseynov və Rahil Məmmədov 90 dəqiqə meydanda oldular. Komandamdan razı qaldım. Toplanışın ilk mikrotsiklini belə oyunla başa vurmaq bizim üçün faydalı oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43