25 Sentyabr 2024
Ölkə futbolu

“İstəyirik ki, “Qarabağ” İngiltərədə sensasiya etsin” – Mahir Emreli

“Tottenhem” böyük klubdur. “Qarabağ” bir dəfə bu rəqiblə qarşılaşıb. O zaman da komandamız yaşxı oyun nümayiş etdirmişdi. Uzun illər ərzində “Qarabağ” oyununu daha yaxşılaşdırıb. Əlbəttə ki, “Tottenhem”də dayanmayıb, özünü inkişaf etdirib”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Almaniyanın “Nürnberq” klubunda çıxış edən Mahir Emreli “İdman TV”yə “Tottenhem” – “Qarabağ” matçı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Çox maraqlı görüş olacaq. Amma oralarda oynamış bir futbolçu kimi deyim ki, İngiltərədə tam fərqli atmosfer olur. Heç bir komanda orada rahat çıxış edə bilmir. Matç evdə olsaydı, bir az daha rahat ola bilərdi. Amma yenə də “Qarabağ”ın gücünə inanırıq, onlara tam dəstəyik. Mənəvi olaraq həmişə bu komandanın yanındayıq. İstəyirik ki, “Qarabağ” səfərdə sensasiya etsin. Bunu bacara bilərlər. Ancaq qarşıdakı rəqib ciddiyə alınacaq komandadır. Ümid edirəm ki, “Qarabağ” İngiltərədən yaxşı nəticəylə dönəcək”.

Xatırladaq ki, “Tottenhem” – “Qarabağ” matçı sabah saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43