Ölkə futbolu

“İstanbul BB”də oynamış futbolçu “Araz Naxçıvan”da

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri Budaq Nəsirov növbəti mövsümü böyük ehtimalla “Araz Naxçıvan”da keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Tovuz futbol məktəbinin yetirməsi olan və bir müddət öncə “İstanbul Böyükşehir Belediyyespor” klubunda oynamış Nəsirov “Araz Naxçıvan”ın hazırkı baş məşqçisi Əsgər Abdullayevə çoxdan tanışdı.

Belə ki, Abdullayev hələ “Turan”da işləyərkən Budaqın istedadına bələd idi. Ona görə də Abdullayev gənc yarımmüdafiəçini “Araz Naxçıvan”a gətirməyi lazım bilib. Bu gün Naxçıvana gedən Budaq komanda ilə birgə məşqlərə başlayacaq.

Hazırlıq Şərur Olimpiya Kompleksində həyata keçiriləcək.

Qeyd edək ki, Nəsirov müqavilə ilə “Bakı”ya məxsusdu. Bu mənada, onun “Araz Naxçıvan”da icarə əsasında oynayacağı gözlənilir.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43