Dünya futbolu

İstanbul derbisini “Fənərbağça” qazandı

Türkiyə Superliqasında 37-ci tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə azarkeşlər İstanbul derbisinə şahidlik edib. 

Lider “Qalatasaray” öz meydannda “Fənərbağça” ilə münasibətlərə aydınllıq gətirib. İlk hissədə azlıqda qalan “Fənər” ikinci yarıda Çağlar Söyüncünün qolu ilə hesabda önə keçib və bu nəticəni matçın sonuna kimi qoruyu saxlayaraq,qələbə qazanıb.

Hazırda “Qalatasaray” 99 xalla lider, “Fənərbağça” isə 96 xalla 2-cidir.

Superliqanın son turunda “Fənərbağça” “İstanbulspor”u qəbul edəcək. “Qalatasaray” isə “Konyaspor”un qonağı olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43