Ölkə futbolu

“İstanbulspor” Karikarini istəyir

Türkiyə I liqa təmsilçisi “İstanbulspor” “Neftçi”nin qanalı futbolçusu Karikariye elçi düşüb. Türkiyə mətbuatının verdiyi məlumata görə, İtanbul təmsilçisi 26 yaşlı futbolçunu heyətinə qatmaq üçün ciddi çalışmalara başlayıb.

Mövsümün əvvəlində Qətərin “Əl Ərəbi” klubundan “Neftçi”yə keçən futbolçu gözləntiləri tam olaraq qarşılaya bilməyib. İlk dövrədə çox az forma şansı görən Kvame Karikarinin daha çox oynamaq istədiyini bunun üçün də yeni bir kluba  keçməyə müsbət yanaşdığı bildirilib.

“İstanbulspor” hazırda 19 xalla 12-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43