Ölkə futbolu

“İstədiyimiz nəticəni əldə etmək üçün Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

“İsraillə görüşdə qələbə üçün oynadıq və oyunboyu topa nəzarət etdik. Praktiki olaraq rəqibə hücum etmək imkanı vermədik. Lakin son dəqiqələrdə bir qədər rahatlaşdıq və qapımızda qol gördük”.

Bu sözləri  Rusiya millisinin futbolçusu Aleksandr Kerjakov deyib.

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə keçirdikləri oyun barədə danışan təcrübəli futbolçu qarşıdakı Lüksemburq və millimizlə oynayacaqları oyunada toxunub:

“Qarşıda Lüksemburq və Azərbaycanla oyunlarımız var. Təbii ki, səfər oyunları çətin keçir. Ancaq istədiyimiz nəticəni əldə etmək üçün hər iki oyunda qələbə qazanmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, oktyabrın 11-də səfərdə Lüksemburqun qonağı olacaq Rusiya yığması 4 gün sonra Bakıda millimizlə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43