Dünya futbolu

“İstefa verməmişəm, işdən çıxarılmışam” – Fatih Terim

Türkiyə millisinin baş məşqçisi vəzifəsindən ayrılan Fatih Terim  Tvitter hesabından açıqlama yayıb.

İdmanxeber.com-un məlumatına görə, o yazıb ki, 3.5 il çalışdığı Türkiyə Futbol Federasiyasındakı (TFF) vəzifəsindən istefa verməyib, çıxarılıb.

“Bir müddət əvvəl yaşanan olaydan (restorandakı məlum dava nəzərdə tutulur – red.) sonra Yıldırım Demirörənə (TFF prezidenti – red). dedim ki, əgər bu hadisə quruma və şəxslərə zərər verirsə, vəzifəmdən gedə bilərəm. Bundan sonra Yıldırım Dəmirörən məni qucaqlayaraq “Hocam, hələ qarşıda çox işimiz var” dedi və işdən ayrılmağımın mümkün olmadığını söylədi” – deyə F.Terim yazıb.

O daha sonra qeyd edib ki, bu görüşdən bir neçə gün sonra Əli Dürüst (TFF-nin birinci vitse-prezidenti – red.) rəhbərliyinin onun işinə son verdiyi barədə qərarı açıqlayıb.

F.Terim qeyd edib ki, bundan sonra Yıldırım Dəmirörənlə yenidən görüşüb: “Ondan həqiqəti söyləməsini istədim. Dedi ki, sənə çox təzyiq ediblər. Sənə görə də bizə təzyiq edirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43