31 Yanvar 2023
Milli komanda

İsveç – Azərbaycan oyunu bu stadionda

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçə qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma 2023-cü il martın 27-də Solna şəhərindəki “Friends Arena”da keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi ilk oyununu martın 24-də Avstriya ilə səfərdə keçirəcək. Canni de Byazinin yetirmələrinin bu qrupdakı digər rəqibləri Belçika və Estoniya olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Qadınlardan ibarət milli komandamız Dubayda

admin

Serb məşqçi AFFA-nın təklifini rədd etdi

admin

Almeyda birinci, Qarayev ikinci oldu

admin