Dünya futbolu

İsveç millisinin üzvü rəsmən “Arsenal”da – FOTO

İngiltərənin “Arsenal” klubu yeni futbolçu heyətinə qatıb.

“Topçular” Moskva “Spartak”ında forma geyinən Kim Kallstromu icarəyə götürüb. Bu barədə məlumatı klub saytı yayıb. Onunla 6 ay qüvvədə olacaq müqavilə imzalanıb.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi İsveç millisinin üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43