Kateqoriyasız

İsveçrəli futbolçu 34 yaşında vəfat edib

İsveçrəli futbolçu Nikolas Şindelholts vəfat edib.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı oyunçu ağciyər xərçəngindən dünyasını dəyişib. Nikolas iki il öncə bir matçdan sonra özünü pis hiss etmişdi.

Bunun ardından oyunçuya 2020-ci ilin yayında xərçəng diaqnozu qoyuldu. Peşəkar karyerasını sonlandırmağa məcbur qalan oyunçunun vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Şindelholts ölkəsində “Tun”, “Lütsern” kimi komandalarda da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43