Dünya futbolu

İtaliya A Seriyası: “Yuventus”dan darmadağın NƏTİCƏLƏR

İtaliya A Seriyasında II turun oyunlarına start verilib.

İlk oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Kievo”nun qonağı olan “Napoli” rəqibini 4:2 hesabı ilə məğlub edib. Son İtaliya çempionu “Yuventus” klubu evdə “Latsio”ya heç bir şans verməyib – 4:1.

Qeyd edək ki, II tura bu axşam keçiriləcək 8 oyunla yekun vurulacaq.

31 avqust

İtaliya A Seriyası, II tur

“Kievo” – “Napoli” – 2:4

Qollar: Hamşik, 13 (0:1), Paloşi, 24 , Kallehon, 28 , Paloşi, 40 , Hamşik, 64 , İquain, 70 

“Yuventus” – “Latsio” – 4:1

Qollar: Vidal, 14 , 26 , Kloze, 28 , Vuçiniç, 49 , Tevez, 80


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43