Dünya futbolu

İtaliya A Seriyasında yeni mövsümün təqvimi məlum oldu

İtaliya A seriyasında 2017/18 mövsümünün təqvimi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, yeni mövsümə avqustun 20-də start veriləcək. Çempionata 2018-ci ilin may ayının 20-də yekun vurulacaq.

Avqustun 13-də Romada “Yuventus”la “Latsio” arasında İtaliya superkuboku matçı keçiriləcək.

İtaliya kubokunun final görüşü gələn il mayın 9-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43