Milli komanda

İtaliya – Azərbaycan matçına nə qədər bilet satılıb?

“AVRO-2016″nın seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək İtaliya – Azərbaycan matçı üçün bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, Palermoda baş tutacaq qarşılaşmaya artıq 25 min bilet satılıb. Matçın keçiriləcəyi “Renzo Barbera” stadionunun 36 500 tamaşaçı tutumuna malik olduğunu nəzərə alsaq matçın başlama saatına kimi bütün biletlərin satılması gözlənilir.

Qeyd edək ki, İtaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43