Kateqoriyasız

İtaliya Bakıdakı Avropa çempionatının təxirə salınmasını istədi

Bu ay Bakıda keçiriləcək karate üzrə Avropa çempionatında İtaliya milli komandası iştirak etməyəcək.

Bu barədə İtaliya Cüdo, Karate və Döyüş Sənəti Federasiyasının (FIJKAM) rəsmi saytı məlumat yayıb.

FIJKAM-ın prezidenti Domeniko Falkonenin koronavirus epidemiyasına görə Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinoza müraciət ünvanladığı və qitə çempionatını təxirə salmasını xahiş edib. O, Beynəlxalq Cüdo Federasiyasının və Dünya Güləş Birliyinin də yarışları təxirə saldığını xatırladıb.

Qeyd edək ki, Avropa çempionatı martın 25-dən 29-dək keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43