Dünya futbolu

İtaliya futbolunda maraqlı hadisə: gənc hakim başörtüsü ilə oyun idarə etdi – FOTO

İtaliya futbolunda maraqlı hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, ölkənin Kermona qəsəbəsində yaşayan 16 yaşlı məktəbli qız ən böyük arzusunu reallaşdırıb. Belə ki, adı Cahidə Sefakki olan azyaşlı başörtüsü ilə oyun idarə edib. “Pizziqhetone” – “Kermona” arasında baş tutan matçı gənc hakim çox uğurla idarə edib. İtaliya Futbol Federasiyası Fas əsilli qızın bundan sonra da oyunları “hicab”lı idarə etməsinə icazə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43