“Milan”, “İnter” və “Yuventus” “Lans”ın oyunçusu Fakundo Medinanı heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Fransa klubunun isə 24 yaşlı müdafiəçini yanvarda satmaq fikri yoxdur. “Lans” argentinalı oyunçunun müqaviləsini uzatmaq istəyir.
Medina bu mövsüm 22 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə oyunçunun dəyəri 22 milyon avrodur.