Dünya futbolu

İtaliya klubunda baş məşqçi dəyişikliyi

İtaliya A seriyası təmsilçisi “Cenoa” baş məşqçisi İvaç Yuriçi istefaya göndərib.

İdmanxeber.com-un məlumatına görə, ölkə çempionatının 25-ci turunda “Peskara”ya 0:5 hesablı məğlubiyyətdən sonra bu qərar verilib. Komandanın artıq yeni baş məşqçisi də müəyyənləşib. Andrea Mandrolini ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Cenoa” som 9 oyundan cəmi 2 xal yığıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43