Dünya futbolu

İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Peskara” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə,  A seriyası təmsilçisini Zdenek Zeman çalışdıracaq. Bu barədə məlumat klubun saytında verilib. Çexiyalı mütəxəssis bu postda Massimo Oddonu əvəz edəcək.

Bu, 69 yaşlı çalışdırıcının “Peskara”da ilk işi olmayacaq. Belə ki, Zeman 2011/12 mövsümündə də bu klubu çalışdırmışdı.

Xatırladaq ki, Zeman vaxtilə İtaliyada “Parma”, “Latsio”, “Roma”, “Napoli” kimi iddialı komandaları çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43