Dünya futbolu

İtaliya klubunda yeni prezident

İtaliyanın “Palermo” klubunun yeni prezidenti müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Mauritsio Camparininin gedişindən sonra boş qalan postda Pol Bakkalini çalışacaq.

Amerikan əsilli Pol Bakkalini “İntegritas Capital” kompaniyasının təsisçisidir. O, aprel ayında klubun bütün səhmlərini alacağını bildirib.

Qeyd edək ki, 27 turdan sonra “Palermo” A seriyasının 18-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43