Dünya futbolu

İtaliya klubunun futbolçusu “Zenit”də

“Torino”nun yarımmüdafiəçisi İvan İliç “Zenit”ə keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər 25 milyon avroluq transfer məbləğində razılığa gəliblər. İliçin “Torino” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

“Transfermarkt” portalı onun dəyərini 18 milyon avro qiymətləndirir. Yarımmüdafiəçi 2023-cü ilin yayında 16,5 milyon avroya “Verona”dan Turin klubuna keçib.

2023/24 mövsümündə yarımmüdafiəçi 36 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43