Kateqoriyasız

İtaliya millisinin heyəti açıqlandı: hansı futbolçular millimizlə oyuna çağırıldı?

İtaliya milli komandasının oktyabrın 10-da Azərbaycan, bundan 3 gün sonra isə Malta ilə keçirəcəyi 2016-cı il Avropa çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Antonio Konte millimizə qarşı bu futbolçulardan istifadə edəcək.

Qapıçılar: Buffon (Yuventus), Perin (Cenoa), Sirigu (PSJ);

Müdafiəçilər: Bonuççi (Yuventus), Kyiellini (Yuventus), Ogbonna (Yuventus), Ranokkiya (İnter), Rugani (Empoli), Darmian (Torino), Paskual (Fiorentina)

Yarımmüdafiəçilər: Aquilani (Fiorentina), Bonaventura (Milan), Kandreva (Lazio),  De Şilyo (Milan), Florenzi (Roma), Markisyo (Yuventus), Parolo (Latsio), Poli (Milan), Tiago Motta, Verratti (hər ikisi PSJ);

Hücumçular: Destro (Roma), Covinko (Yuventus), Immobile (Borussiya Dortmund), Osvaldo (İnter), Pellè (Soutqempton), Zaza (Sassuolo).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43