Dünyadan

İtaliya ŞOKda: “Yuventus”un avtobusuna bomba atdılar, Aleqqri yaralandı

İtaliya A seriyasının 26-cı turu çərçivəsində “Boloniya” ilə qarşılaşmaq üçün səfərə çıxan “Yuventus” şok hadisə ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “Bolonya” fanatları “qoca sinyora”nın futbolçularını daşıyan avtobusun içinə əl istehsalı olan bomba atılıb. Nəticədə klubun baş məşqçisi Massimiliano Aleqqri yaralanıb və verilən açıqlamada çalışdırıcının yarasının ciddi olmadığı qeyd olunub.

Qeyd edək ki, “Bolonya” – “Yuventus” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43