19 Sentyabr 2024
Dünya futbolu

İtaliyalı futbolçu “Milan”a qayıtdı

Müdafiəçi Matteo Qabbia icarə əsasında çıxış etdiyi “Vilyarreal”dan “Milan”a qayıdıb.

İdmanxeber.az A Seriyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, onun İspaniya klubunda qalması vaxtından əvvəl başa çatıb.

24 yaşlı futbolçu 2023-cü ilin iyulunda “Vilyarreal”a icarəyə verilib. O, komandanın heyətində 13 oyun keçirib.

Gabbia müqavilə ilə “Milan”a məxsusdur. O, əsas komandada 51 oyun keçirib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43