Dünya futbolu

İtaliyalı hücumçu “Qarabağ”a gələcəkmi? – Klub rəsmisi açıqladı

Bu gün İtaliya və ölkəmizin mətbuatında “Qarabağ”ın B Seriyasında mübarizə aparan “Trapani” klubunun futbolçusu Nikola Sitroya 3 illik müqavilə təklif etdiyi ilə bağlı məlumatlar yayıldı.

Məsələ ilə bağlı “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Nurlan bəy idmanxeber.com-a açıqlamasında bunları dedi:

“Bu barədə biz də mətbuatdan oxumuşuq. Onun transferi aktual məsələ deyil. “Qarabağ”ın hansısa futbolçu ilə danışıqlar aparması normaldır və biz bir çox futbolçu ilə danışıqlar aparmışıq. Komandamızın hədəfləri var və həmin hədəflərə çatmaq üçün yeni futbolçularla danışıqlar aparmaq, transfer etmək lazım gəlir. “Qarabağ”ın Nikola Sitronu transfer edəcəyinə gəlincə, bu barədə dəqiq məlumat yoxdur”.

Qeyd edək ki, Ağdam klubunun 29 yaşlı futbolçuya 3 illik müqavilə və 900 min avro əmək haqqı təklif etdiyi barədə məlumat yayılmışdı. Hücumçunun da “Qarabağ”ın təklifinə müsbət yanaşdığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43