Dünya futbolu

İtaliyalı “Yuventus”a qayıtmaq istəyir

Kanadanın “Toronto” klubunun yarımmüdafiəçisi Federiko Bernardeski “Yuventus”a qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı italiyalı Turin klubuna qayıtmaq istəyir və maaşından əhəmiyyətli dərəcədə azaldılmasına hazırdır. “Yuventus” futbolçunun namizədliyini nəzərdən keçirir, lakin qış transfer pəncərəsində bu, komanda üçün prioritet deyil.

Bernardeski 2017-ci ilin iyul ayında “Yuventus”da oynayıb, 2022-ci ilin iyulunda azad agent kimi klubu tərk edərək “Toronto”ya gedib.

O, MLS-in son mövsümündə Kanada komandasının heyətində 31 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43