Kateqoriyasız

“İtaliyanı məğlub etmək gücündəyik” – İbrahimoviç

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç “Avro-2016″da İrlandiya ilə bərabərə qaldıqları oyun (1:1) haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, bu xəbəri “La Gazzetta Dello Sport” yayıb.

34 yaşlı futbolçu heç-heçəyə baxmayaraq komandasının İtaliyanı məğlub etmək gücündə olduğunu bildirib

“İrlandiya ilə oyunda qeydə alınan bərabərlik normal nəticədir. Əsas odur ki, məğlubiyyətdən qaça bildik. Düşünürəm ki, İtaliyanı məğlub etmək gücündəyik. Ancaq bunun üçün oyunumuzu daha da yaxşılaşdırmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43