Ölkə futbolu

İtaliyanın məşhur klubu azərbaycanlı futbolçunu istəyir – ÖZƏL

"Qəbələ"nin 15 yaşlı futbolçusu Fərid Nəbiyev İtaliyanın mə.şhur klubu "Udineze"non diqqət mərkəzinə düşüb.

İdmanxeber.comun Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, əyalət klubunun 10 nömrəsinin oyunu İtaliya klubunun məşqçilər korpusu və rəsmi şəxsləri tərəfindən bəyənilib. 

Hələlik konkret bir fikir bildirməyən "Udineze" tərəfinin məşqçilər korpusu "Qəbələ"nin kapitanı ilə bağlı düşüncələrini klub rəhbərliyinə çatdıracaqlar və bundan sonra son söz deyiləcək.

Səxavət / Qəbələ


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43