Milli komanda

İtalya millisinin baş məşqçisi: “Azərbaycan asan rəqib kimi görünə bilər ancaq…”

"Avro-2016"nın seçmə mərhələsinin növbəti oyununda millimizin rəqibi olacaq İtalya yığmasının baş məşqçisi Antonio Konte matç barədə fikirlərini söyləyib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bu fikirləri bildirib:

"Norveçlə oyuna yaxşı başladıq və qələbə qazandıq. Ancaq skandinaviyalılar bizə müəyyən problemlər yaratdı. Ona görə də bütün komandalara ciddi yanaşmalıyıq.

Dünya çempionatında uğursuz çıxışdan sonra komandanın əvvəlki əzəmətini qaytarmağa gəlmişəm. Yığmanın futbolçularının ölkə xaricində çıxış etməsi hər zaman önəmlidir. Balotelli ilə yanaşı, digər futbolçularımız da ölkə xaricində oynayır. Qrupun favoriti olsaq da, rəqibləri kiçiltməməliyik. Xorvatiya və Bolqarıstan kimi güclü rəqiblərlə oyunlara ciddi hazırlaşmalıyıq. Azərbaycan və Malta yığmaları da asan rəqib kimi görünə bilər. Ancaq onları qiymətləndirməyə bilmərik. Seçmə mərhələyə qələbə ilə başladıq. Qarşıdakı oyunlarda da qalib gəlməliyik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43