Dünya futbolu

İtkin düşən futbolçunun axtarışları dayandırıldı

“Kardiff”in yeni transferi Emiliano Salanın da içində olduğu, itkin düşən təyyarənin axtarışları dayandırılıb.

Bu barədə Qernsi adasının polis bölməsinin “Tvitter” səhifəsi məlumat yayıb.

Polisin bəyanatında bildirilir ki, intensiv axtarışlar başa çatıb: “Biz bütün mümkün məlumatları təhlil etmişik.  Axtarış sahəsi 1.700 kvadrat mil təşkil edib. Araşdırmaya 3 təyyarə, 5 vertolyot, 2 xilasetmə gəmisi və digər gəmilər, həmçinin balıqçı gəmiləri də cəlb edilmişdi. Bu qərarı vermək asan başa gəlmədi. Axtarış dayansa da, iş hələ də açıq qalır”.

Xatırladaq ki, İngiltərə Premyer Liqasa çıxış edən “Kardiff” Emiliano Salanı “Nant”dan 20 milyon avroya transfer edib.  Fransa “Nant”ından ayrılan argentinalı hücumçu  Kardiffə xüsusi təyyarə ilə yola salınıb.  Təyyarə mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43