Ölkə futbolu

İttihama qarşılıq sərt ittiham: “Hakim “Neftçi”nin tərəfini tuturdu”

"Ağır oyun oldu. Bilirdik ki, "Neftçi" qələbə qazanıb qış fasiləsinə çempion kimi getmək istəyəcək. Ancaq biz də öz növbəmizdə qələbə qazanıb turnir cədvəlindəki yerimizi yaxşılaşdırmaq istəyirdik. Buna görə də sona kimi mübarizə aparıb 3 xal qazandıq".

Bu sözləri idmanxeber.com-a AZAL-ın futbolçusu Şəhriyar Rəhimov deyib.

"Təyyarəçilər"in üzvü hakimlikdən narazı olan "Neftçi" tərəfinə də mesaj göndərməyi unutmayıb:

"Baxmayaraq ki, "Neftçi" iki qırmızı vərəqə aldı, o epizodlara qədər hakim onların lehinə qərar verirdi. Hər xırda cərimələr "Neftçi"nin lehinə verilirdi. Hakim onların tərəfini tuturdu. Yəqin məğlubiyyəti həzm edə bilmirlər, ona görə hakimlikdən narazıdırlar. Məncə hakimin verdiyi hər iki qırmızı haqlı idi".
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43