Ölkə futbolu

İvaylo Petev: “Bu xəbərlərin haradan çıxdığını bilmirəm”

“AEL klubu ilə müqaviləm var. Komanda ilə bağlı planlarımı rəhbərliyə təqdim edəcəm. Yaxın günlərdə bütün məsələlərə aydınlıq gələcək. Əgər razılıq əldə olunsa, işbirliyimizi davam etdirəcəyik. Əks təqdirdə nələr olacağını görəcəksiniz”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ” klubuna baş məşqçi təyin olunacağı gözlənilən İvaylo Petev Bolqarıstan mətbuatına açıqlamasında deyib.

Çalışdırıcı “Botev” klubundan təklif aldığını, ancaq “Qəbələ” ilə danışıqlarının olmadığını bildirib: “Botev” klubundan təklif almışam. Lakin Azərbaycan klubu ilə bağlı xəbərlər doğru deyil. Bu xəbərlərin haradan çıxdığını bilmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43