Ölkə futbolu

İzmaylov məsələsində Syomini “cin atına” mindirdilər: “Onun bizə nə sualı ola bilər axı?”

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Marat İzmaylovu bir neçə turdu ki, əsas heyətə salmadığının xüsusi bir səbəbi olmadığını bildirib.

İdmanxeber.com-un məlumatına görə, rusiyalı mütəxəssis fikirlərini belə açıqlayıb:

Bu yalan məlumatdır. Başa düşmürəm ki, bu, haradan qaynaqlanır. Ona ümumiyyətlə heç bir sualımız, iradımız yoxdur. Eləcə də onun bizə. Onun bizə nə sualı ola bilər axı? Oynayır, oyun praktikası var. İzmaylov çox alicənab insandır. O, heç vaxt mətbuatda öz hiddətini bildirməz. Əgər hər hansı olaylar yaransa belə, o, bunları komanda daxilində həll edər. Belə cəfəngiyatı şərh etmək istəmirəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43