Kateqoriyasız

Jelko Sopiç: “Ola bilər ki, başımda saç yoxdu, amma…”

Azərbaycan Premyer Liqasında XX turun “Neftçi” – “Sabah” (4:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Jelko Sopiç jurnalistlərin suallarını  cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– İnanıram ki, “Neftçi”nin qapıçısı yaxşıdı. Bu, hazırda ən vacib məsələdi. Bu oyunda keçidlərə üstünlük vermək istəyirdik. Rəqibin ilk zərbəsi qol oldu. Oyunun qırılmaq nöqtəsi ikinci qol idi. 0:10  da uduza bilərdik, amma ikinci topu buraxmamalıyıdıq. Həftə ərzində standart vəziyyətlər üzərində işləmişdik. Rəqibin bu anlarda necə oynayacağını bilirdik. İkinci topdan sonra çox çətin oldu. Çünki onların ekstra keyfiyyətli və sürətli futbolçuları var. Hesab qanunauyğun oldu.

– Dediz ki, “Neftçi” sizdən güclüdü. Bu, 0:4 uduzmağınıza əsas verirmi? Arada bu qədərmi uçurum var?
– İdmanda belə şeylər olur. Biz “Qarabağ”la keçən tur 0:0 oynamışdıq. Bu gün hesab 5:2 və ya başqa cür də ola bilərdi. Əgər rəqib ilk hücumdan qol vurursA, daha açıq futbol oynamalı olursan. Bu da bizim üçün çətin idi.

– Sona qədər 5-li müdafiəni dəyişmədiz…
– Çox sadədi, mən məşqçiyəm. Necə qərar versəm, elə də olacaq.

– İctimaiyyət və mətbuat bu fikirdədi ki, çempionatda ən yaxşı 3-cü heyət “Sabah”dadı. Siz necə fikirləşirsiz?
– Biz oyunçularımızın adına baxsaq, top-komanda kimi görünürük. Bu oyun üçün məsuliyyət sadəcə mənimdi. Hazırlığa hansısa futbolçu 1 gün tez, yaxud 1 gün gec qoşulur. Uzun müddətdi futbolun içindəyəm. Sadəcə, onlar qalib gəldi. Gələn oyunda biz qalib gələcəyik.

– 5 müdafiəçili sistemdə cinah müdafiəçilərinin hər ikisi hücumda daha aktiv olsaydı, nəticə başqa cür ola bilərdimi?
– Bunlar barədə çox da danışmaq istəmirəm. Elə də önəm kəsb etmir. Bu gün Filipin başında problem var idi. Onun oyunu davam etdirə bilib-bilməyəcəyi məlum deyildi. Bəlkə də, 4 müdafiəçi ilə oynasaydıq, qalib gələcəkdik. Bunu bilməyimiz mümkün deyil. Rəqib bu gün daha yaxşı idi.

– İkinci qolda qapıçının günahı nə qədər idi?
– Heç bir günahı yox idi. Biz həftəboyu məşqlərdə futbolçulara bildirmişdik ki, standart vəziyyətlərdə o zonanı bağlıamalıyıq. Ancaq kimsə “yatdı”, Günahkar mənəm. Çünki bu futbolçuları mən seçirəm.

– Ötən oyun uduzmasaz da, müdafiədə problem görünürdü. Bu boşluqları necə aradan qaldırmağı düşünürsüz?
– Birinci qolda taktiki fol eləməliydik. İkincidə uşaq səhvi etdik. Bəzən böyük komandalarda da belə şeylər olur. “Liverpul” – “Barselona” oyununda bunu görmüşdük. Kimdi günahkar? – Mən özüm.

– Qışda hücumçu və yarımmüdafiəçi aldız. Müdafiəyə də oyunçu cəlb etməyiniz yaxşı olmazdımı?
– Klub prezidenti ilə danışdıqlarımızı mediaya deyə bilmərəm. Ola bilər ki, başımda saç yoxdu, ancaq nələr baş verdiyini görürəm. Yayda boşluqları doldurmağa çalışacağıq.

– Komanda Avropa Liqasına vəsiqə qazanmasa, günah kimdə olacaq: rəhbərlik, futbolçular, yoxsa sizdə?
– Bütün günahı üzərimə götürəcəm. Biz 4 oyundu uduzmurduq, birdən sistemi dəyişmək çətin oalrdıl. Avropaya getməkdən danışırsız, siz jurnalistsiz, mən məşqçiyəm. Məsələlərə fərqli yanaşırıq. “Qəbələ”nin oyununa baxdım. Son sırada olsalar da, əla oynadılar və qələbə qazandılar. Niyə əvvəlki oyunlarda uduzurdular? Futbolda belə şeylər olur. Mən 10 dəfə 0:4 uduzmağı seçərdim, nəinki 40 dəfə 0:1 məğlub olmağı. Yəqin ki, sizin üçün çox maraqlıdı. 2 xal çox qazananda Avropa Liqasına gedirsən, 2 xal az olanda son sıraya düşürsən. Qalib gələndə bunu futbolçular etmiş olur, uduzanda baş məşqçi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43