21 Sentyabr 2020
  • Ana səhifə
  • İdman
  • Jezniçak: “İlham Əliyevlə görüşə getməzdən öncə mənə dedilər ki, onunla şəkil çəkdir, yol polisi saxlasa, göstərərsən”
İdman

Jezniçak: “İlham Əliyevlə görüşə getməzdən öncə mənə dedilər ki, onunla şəkil çəkdir, yol polisi saxlasa, göstərərsən”

“Polşa çempionatına dönmək barədə düşünmürəm. Məcbur qalmadığım müddətdə qayıtmayacam. Legioner həyatı sürmək daha yaxşıdı. “.

İdmanxeber.com-un məlumatına görə, bu sözlər “Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçaka aiddi.

Arxa xətt oyunçusu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan haqda danışıb: “İstirahətim Azərbaycandadı. Orada insanlar bizə hörmət edirlər. Azarkeşlərlə o qədər sıx əlaqədə idim ki, buna görə mükafat da aldım.. Polşada isə yalnız məşq etməli və internetdən uzaq durmalı olurduq”.
Kuba “Qarabağ”a keçidini karyerasının ən düzgün addımlarından biri kimi qiymətləndirib: “İnsan bir yerdə həddən artıq çox qalanda monoton olur. Burada daha rahat oynayıram”.

O, Ağdam klubuna pula görə transfer olunduğu ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: “Polşadan Azərbaycana getməyim ölkəmdə təəccüblə qarşılandı. Amma mən nə etdiyimi bilirdim. “Qarabağ” Çempionlar Liqasına yüksəldi, “Legiya” isə Avroliqanın qrup mərhələsinə adını yazdıra bilmədi”.

Jezniçak Azərbaycan  çempionatının oyunlarında stadionun boş olduğunu xatırladıb: “Avrokubok oyunlarında isə stadion səs-küydən dağılır. Ancaq ölkə çempionatının matçlarına bunu şamil etmək olmaz. Restoranlarda belə insanlar ancaq Çempionlar Liqasındakı oyunlarımız barədə məndən soruşurdular”.
Polşalı futbolçu Bakıda sürətli maşın idarə etdiyi üçün yol polisinin onu saxladığını, “Qarabağ”ın oyunçusu olduğunu deyəndən sonra isə buraxdığını söyləyib: “Prezident İlham Əliyevlə görüşə getməzdən öncə mənə dedilər, onunla şəkil çəkdir, yol polisi saxlasa, ona göstərərsən. Səni o dəqiqə buraxacaqlar”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Rostov”un futbolçusu millimizə çağırıldı

admin

“Beşiktaş” “Manisaspor”u 9:0 hesabı ilə məğlub etdi – VİDEO

admin

“Sumqayıt”ın Antalyada daha bir rəqibi müəyyənləşdi

admin