Dünya futbolu

“Jilina”nın baş məşqçisi Ramildən danışdı

Slovakiya Fortuna Liqasında millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Jilina” bu gün “Podbrezova”nın qonağı olub və 2:2 hesablı heç-heçə edib. Komandanın baş məşqçisi Adrian Gula milimizin hücumçusu Ramil Şeydayevin oyunundan razı qaldğını bildirib.

İdmanxeber.com-un məlumatına görə, 41 yaşlı çalışdırıcı bunları bildirib:

“Ramil çox çalışdı və mübarizə apardı. Rəqib müdafiəçiləri gərginlikdə saxlamağı bacardı. O, getdikcə komandamızın oyun üslubuna uyğunlaşacaq”.

Qeyd edək ki, “Podbrezova” ilə görüşdə 20 yaşlı hücumçumuz 90 dəqiqə meydanda olsa da, qol vura bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43