Ölkə futbolu

Jirkov: “Azərbaycanla qarşılaşmanın vacibliyini hamı yaxşı dərk edir”

Rusiya millisinin futbolçusu Yuri Jirkov ölkəsinin mətbuatına açıqlama verib. “Dinamo”nun (Moskva) futbolçusu yığmasının DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Azərbaycan millilərinə qarşı keçirəcəkləri oyun barədə danışıb.

“Lüksemburq və Azərbaycanla qarşılaşmaların vacibliyini hamı yaxşı dərk edir. Bu üzdən də kimisə oyuna xüsusi kökləmək lazım olmayacaq. Axı ortada dünya çempionatına vəsiqə var. İndi hamı futbol oynamağı öyrənib. Hətta dünənki autsayderlər də problem yaratmaq iqtidarındadır. Lüksemburq da belə komandadır. Lakin bizə də qələbə lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43