Dünyadan

Joau Mario: “Ronaldonun “İnter”ə keçməsi üçün əlimdən gələni edəcəyəm”

“İnter”in yarımmüdafiəçisi Joau Mario Portuqaliya millisindəki komanda yoldaşı Ronaldo haqda xoş sözlər söyləyib.

İdmanxeber.com-un məlumatına görə, futbolçu bu barədə açıqlamasında millidəki komanda yoldaşının “İnter”ə keçməsi üçün əlindən gələni edəcəyini bildirib:

“Millimiz yüksək ustalığa malikdir. Ronaldo isə komandanın lideridir. Onun “İnter”ə keçməsi üçün əlimdən gələni edəcəyəm. Lakin bunun çətin olacağı hamıya gün kimi aydındır. Kriştiano futbolçu kimi liderlik keyfiyyətinə malik olmasından başqa, insan kimi də əla dostdur”, – deyə Joau Mario bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43