Dünya futbolu

Jorje Jesus: “Neymar Ronaldonun tam əksidir”

”Əl-Hilal”ın baş məşqçisi Jorje Jesus oyunçusu Neymar barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis braziliyalı ulduzun futbola baxışı barədə bunları deyib:

”Neymar Ronaldonun tam əksidir. Portuqaliyalı necəki futbola qarşı çox acdır və əsas prioriteti daha yaxşı oynamaqdır”.

”Neymarda isə tam əksinə. Onun üçün ən vacib şeylərdə futbol ilk sıralarda deyil. O, şəxsi həyatında başqa şeylərə daha çox bağlıdır”.

Bu ilin yayında  PSJ-ni “Əl-Hilal”a dəyişən braziliyalı pleymeyker ağır zədəsinə görə uzun müddət meydanlardan uzaq qalmalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43