20 Sentyabr 2024
Dünya futbolu

Joze Mourinyo Avropa çempionatının sürpriz komandasını açıqladı

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo Avro-2024 haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis turnirdəki favorit komandaların çıxışını dəyərləndirib:

“Avropa çempionatını ağıllı və peşəkar şəkildə izlədim. Türkiyə hər dəfə qalib gələndə mənim üçün problem idi. Portuqaliya udanda isə sevinirdim. Daha yaxşısını edə biləcəyinizi hiss etdiyiniz zaman həmişə məyusluq olur. Komandanın potensialı çox yüksəkdi.

Portuqaliya, Fransa və İngiltərənin favorit olduğu bəlli idi. Komandanın indiyə qədər inkişafını nəzərə alsaq, İspaniya millisinin çıxışı mənim üçün ən böyük sürprizdir”.

İspaniya AVRO-2024-ün yarımfinalında Fransa ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43