Dünya futbolu

Joze Mourinyo: “Bir gün Fransada çalışmaq istəyərəm”

Karyerası boyu dörd ölkədə 25 kubok qazanan (İtaliya, İngiltərə, İspaniya, Portuqali) Joze Mourinyo gələcəyi ilə bağlı açıqlama edib.

“Mançester Yunayted”dən uğursuz nəticələrə görə istefaya yollanan portuqaliyalı mütəxəssisi ölkə mətbuatına çalışmaq istədiyi ölkənin adını açıqlayıb:

“Karyeram boyu bir çox ölkədə çalışdım. Yeni klublarda çalışmağı, hər dəfə fərqli şeyləri öyrənməyi çox sevirəm. Hazırda yaxınlarım və ailəmlə istirahət edirəm. Ancaq bir gün Fransada çalışmaq istəyərəm”.

2,5 il “M.Yunayted”də çalışna təcrübə mütəxəssisi EFL, “Community Shield” və UEFA Avropa Liqasə kubokunu qazandı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43