Dünya futbolu

Joze Mourinyo: “Çelsi” tarixinin ən yaxşı məşqçisi mənəm”

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə kubokunun 1/4 finalında “Çelsi” ilə matçda (0:1) rəqib komandanın azarkeşlərinin onu xain adlandırmasına münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, o, bununla bağlı açıqlamasında bunları bildirib: “Mən peşakaram. Buna görə də çalışdırdığım komandanı müdafiə edirəm. Azarkeşlər nə desə də, “Çelsi” tarixinin ən yaxşı məşqçi mənəm. Bir məşqçi “Çelsi” ilə 4 dəfə ölkə çempionu olarsa, o zaman mən 2 nömrəli məşqçi olaram. Ancaq hazırda “Çelsi”də 1 nömrəli məşqçi mənəm”.

Qeyd edək ki, J.Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə “Çelsi”ni çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43