Dünya futbolu

Joze Mourinyo “Çelsi”dəki imicini itirir – FOTO

"Çelsi" azarkeşləri artıq Joze Mourinyoya etiraz etməyə başlayıblar.

Buna səbəb, mütəxəssis komanda da ispan futbolçulara əsas heyətdə yer vermir. Əsasən də, Xuan Matanın oynamaması azarkeşləri əsəbləşdirir.

Komandanın ən çox ötürmə verən futbolçusu Mata, Morinyonun tərsliyinin badına gedib.

Dünənki oyunda "Bazel" qarşısında alınan məğlubiyyət azarkeşləri özündən çıxardıb və buna etiraz olaraq bir qrup tərəfdar xüsusi plakatları ilə çıxış ediblər.

Bu əgər belə davam edərsə, Mourinyonun "Çelsi"də olan-qalan imici də itəcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43