Dünya futbolu

Joze Mourinyo: “İkinci liqaya düşməyəcəyik”

İngiltərə Premyer Liqasının 12-ci turunda “Mançester Yunayted” səfərdə “Siti”yə 3:1 hesabı ilə məğlub olub. Görüşün ardından qonaqların baş məşqçisi Joze Mourinyo oyun barəsində açıqlama edib:

“Sona qədər maraqlı oyun oldu. Məğlub olsaq da, dünyanın sonu deyil. Nə də ikinci liqaya düşməyəcəyik. Oyunun gedişindən də görünürdü ki, matçda hər an hər şey ola bilər.”

Qeyd edək ki, “qırmızı-şeytanlar” 12 oyundan sonra 20 xalla 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43