Ölkə futbolu

Jurnalistlər qiymətləndirdi: hansı klubumuzun mətbuat xidməti daha yaxşı işləyir? – SORĞU

İdmanxeber.com saytı idman jurnalistləri arasında sorğu edib.

Sorğu Premyer Liqada çıxış edən klublarımızın mətbuat xidmətinin işinin öhdəsindən necə gəlməsi ilə bağlı olub.

Rəşad Ergün ("Komanda" qəzeti): "Xəzər Lənkəran"dan Hüseyn Cəbrayıloğlu başqaları ilə müqayisədə daha çox söz demək haqqı varmış kimi görünür. Bunu Hüseynin mətbuata açıqlamalarından da görmək olar. "Qarabağ"dan Nurlan İbrahimov da arabir aktivlik nümayiş etdirir. Həmçinin də "Neftçi"dən Gündüz Abbaszadə, PFL-dən Aslan Şahgəldiyev. Ən bərbad mətbuat katibliyini isə AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu edir. O hətta Elxan Məmmədovun fikirlərini də düz-əməlli çatdıra bilmir, nəinki özünün söz demək haqqı var. "İnter"dən Səbuhi Məmmədovu görəndə də klubda işləməyin nə qədər əzablı iş olduğunu anlayıram. Bu adamdan az qala öz vəziyyətini soruşanda da Georgi Nikolovdan icazə alıb danışır. Allah köməkləri olsun, çətindi klubda işləmək. Xüsusilə də qanmaz rəhbərliklə işləmək.

Rövşən Əhlimanoğlu (fanat.az): "İlk öncə işini bəyənmədiyim mətbuat xidmətini qeyd etmək istəyirəm. Xüsusilə AZAL-ın mətbuat xidmətinin işini bəyənmirəm. Premyer Liqada mübarizə aparan klubun internet saytı yoxdu. Hər halda Avropada olsaydı, buna gülərdilər. Digər klubların mətbuat işlərini qənaətbəxş hesab edirəm. Xüsusilə "Xəzər Lənkəran" və "Rəvan"ın mətbuat xidmətində dəyişiklik olandan sonra canlanma yaranıb".

Rüstəm Piriyev (extratime.az): "Qarabağ"ın mətbuat xidmətinin işini bəyənirəm, ancaq "Neftçi"nin yox. Çünki Gündüz Abbaszadə məni sevimli komandam "İnter"lə oyunna Milana gedəcək jurnalistlərin siyahısına salmadı. Ondan zəhləm gedir".

Elgiz Abbasov (futbol11.az): "Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən klubların əksrəiyyəti rəsmi sayta malikdir. Hazırda sadəcə AZAL-ın saytı aktiv fəaliyyətdə deyil. Amma bildiyim qədəri ilə düzələcək. Bu gün "Sumqayıt", "Simurq", "Qəbələ", "Bakı", "İnter", "Xəzər Lənkəran", "Neftçi", "Rəvan", AZAL. "Qarabağ" kimi komandaların mətbuat xidmətlərinin haqqını tapdalamaq olmaz. Çünki şəxsən mən istənilən vaxt onlardan istənilən məlumatı ala bilmişəm. Bəli, bəzi məsələlər var ki, mətbuat katibləri bunlara münasibət bildirmək iqtidarında deyillər. Düşünürəm ki, onları da başa düşmək lazımdır. Hər birinə uğur arzu edirəm və mətbuatla daha sıx ünsiyyətdə olmağı arzu edirəm".

Röya Kərimli (pressinq.az): "Rəvan"dan Elvin Yaqubovun işini bəyənirəm. Ancaq "Neftçi"dən Gündüz Abbaszadənin işini bəyənmirəm".

Rüfət Nadirli (sportarena.az): "Ən pis işləyən AZAL və "Sumqayıt"ın mətbuat xidmətidi. Bəzi jurnalistlər "SumqayıT"ın mətbuat xidmətinin işini bəyəndiyini yazıblar. Ancaq mən bu mətbuat katibindən indiyə kimi fəallıq və çalışdığım TV-də dəvətçi kimi görməmişəm. Məncə hamıya eyni gözlə baxmaq lazımdır. Yaxşı işləyən isə "Xəzər Lənkəran", "Bakı", "Neftçi" və "İnter".

İqbal Aslanov (qafqazinfo.az): "Bəyəndiklərim "Xəzər Lənkəran"dan Hüseyn, "Simurq"dan Rüstəm, "Qarabağ" və "Neftçi"di. Bəyənmədiyim isə "Bakı"dı".

Rüstəm Əfsərli ("İdman Azərbaycan" və "Radio Antenn"): "Bəyəndiklərim "Simurq", "İnter", "Bakı" və  "Sumqayıt". Səbəbi isə operativ olmalarıdı. Vaxtilə özüm də bir neçə il bu sahədə işləmişəm. Böyük ölçüdə özümün işim də daxil olmaqla, heç bir klubun MX fəaliyyətini bəyənmirəm. Çünki Avropa standartlarından uzaqdırlar. Bir tərəfdən qınamaq da olmaz. Çünki klubların özü Avropa səviyyəsində deyil və MX-ə mçüvafiq şərait yaradılmır. Azərbaycan klubların elə ən yaxşı işləyən sahə mətbuat xidmətləridi".

Mirələm Həsənli (sportlife.az): "AZAL və "İnter"i bəyənmirəm. Digərləri normaldı".

Elvin CanTuran (futbolpress.az): "Klubların mətbuat xidmətlərinin fəaliyyəti o qədər də ürəkaçan deyil. "Neftçi" oyunların videohesabatını yayımlamır, "Xəzər Lənkəran" bu işə yeni başlayıb və  keyfiyyət problemi hiss olunur. "İnter", "Bakı", "Simurq" "Sumqayıt" və "Qəbələ" videoların yayımındakı operativliklə digərlərindən fərqlənir.
Heç bir klub mətbuat xidməti maraqlı reportajlar, süjetlər hazırlayacaq gücdə deyil. Standart formada icmallar, açıqlamalarla işlərini bitmiş sayırlar. Düşünürəm ki, mətbuat xidməti sadəcə rəhbərdən və montajçıdan ibarət olmalı deyil. Müxbirlər də bu işə cəlb olunmalı, daha yararlı və kreativ materiallar təqdim olunmalıdı. Nümunə göstərə biləcəyim yerli klub yoxdur. Qınanılası adamlarsa klubların rəhbər şəxsləridi. Mediaya, mətbuata ən sonuncu iş kimi baxırlar".

Elsevər Məmmədov (sportal.az): "Hal-hazırda ən yüksək qiyməti Hüseyn Cəbrayıloğlunun işinə vermək lazımdır. "Xəzər Lənkəran" barədə istənilən məlumatı onun vasitəsilə mətbuatda izləmək olar. "Simurq"un mətbuat xidməti Rüstəm Allahverdiyev, "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov, "Rəvan"ın mətbuat xidmətinin rəhbəri Elvin Yaqubovun da işini yüksək dəyərləndirmək olar. Gündüz Abbaszadə əvvəllər daha fəal idi. Amma indi onu görmək olmur. "Qarabağ"ın və "Qəbələ"nin mətbuat xidməti də normal işləyir. Amma "İnter" və AZAL-ın mətbuat xidmətlərinin varlğı ilə yoxluğu bilinmir. Ümumiyyətlə onlar klubda nə işə baxırlar bilmək olmur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43