Dünyadan

Jurnalistlər tələb edir – “Ronaldo üzr istməlidi”

“Correio da Manhã” qəzeti yeni tələb irəli sürüb.

İdmanxeber.com-un məlumatına görə, bu haqda “AS” nəşri xəbər verib.

KİV orqanı Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldodan jurnalistini təhqir etdiyi üçün üzr istəməyi tələb edib. Portuqaliya Futbol Federasiyası qarşısında da üzr istəmək tələbi qoyulub:

“Ronaldonun bu hərəkəti hem mediaya, həm də bütün xalqa qarşı təhqirdir. Biz futbolçudan və Portuqaliya Futbol Federasiyasından rəsmi üzrxahlıq gözləyirik”.

Ronaldo ondan müsahibə götürmək istəyən “Correio da Manhã”nın müxbirindən mikrofonu kobudcasına alaraq yaxınlıqdakı gölə tullayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43