08 Sentyabr 2024
Kateqoriyasız

Jurnalistlərin Həmrəylik Kubokunun püşkatması oldu

Stadium.az saytının təşkilatçılığı və PFL-in sponsorluğuyla təşkil edilən 
Jurnalistlərin Həmrəylik Kubokunun püşkü atılıb. “Futbol+” qəzetinin redaksiyasında Təşkilat Komitəsinin və bir çox idman jurnalistinin şahidi ilə tam şəffaf şəkildə təşkil olunan püşkatma mərasimindən sonra qruplar bəlli olub. 10 komandanın iştirak etdiyi turnirdə 2 qrup müəyyənləşib və hər qrupda 5 komanda yer alıb:

A qrupu.
“Het Trik News” qəzetinin Birləşmiş komandası (B.K), “İdmanxeber.com” saytı B.K, “Komanda” qəzeti və “Rekord.az” saytı B.K, “Stadium.Az” saytı B.K, “Futbolinfo.az” saytı B.K.


B qrupu.
Klubların Mətbuat Xidmətlərinin Birləşmiş Komandası (KMXBK), “İdman Azərbaycan” televiziyası, “Sportal.az” saytı B.K, “Sportmedia.az” saytı B.K, “Futbol+” qəzeti.
İlk turun oyunları
26 Noyabr
A qrupu
11:00.

“Het Trik News” – “Futbolinfo.az”
“İdmanxeber.com” – “Stadium.Az”
“Komanda” qəzeti və “Rekord.az” saytı B.K istirahət edir


B qrupu
12:00

KMXBK – “Futbol+”
“İdman Azərbaycan” – “Sportmedia.az”
“Sportal.az” saytı B.K istirahət edir

Hər qrupdan iki komanda yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Burada A qrupunda 1-ci yeri tutab komandayla B qrupunda 2-ci yeri tutan komanda, B qrupunda da 1-ci yeri tutan komandayla A qrupunda 2-ci yeri tutan komanda qarşılaşacaq. Bu oyunlardan sonra isə finalçılar və üçüncü yer uğrunda oynayacaq komandalar müəyyənləşəcək.

1-ci yerin sahibinə kubokla yanaşı 2000 manat, 2-ci yer tutana 1500 manat, üçüncüyə isə 1000 manat məbləğində mükafat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43