18 Yanvar 2021
Kateqoriyasız

“Kəlbəcərdə futbol məktəbi açmaq fikrim var” – Rəşad Sadıqov+Video

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Xəzər TV”-də yayımlanan  “Birinci Studiya” verilişinin qonağı olub. 

Qol.az xəbər  verir ki, əslən Kəlbəcərdən olan Sadıqov bu rayonun Erməni işğalından azad olunmasından danışıb:

“İkili hisslər yaşayırıq. Şəhidlərimizə görə üzülüb, qələbəmizə görə sevinirik. Şəhidlərə Allahdan rəhmət diləyirəm, yaralılara sağlıq arzulayıram. Qələbəmizdə payı olan hər kəsə təşəkkür edirəm. Ermənilər Kəlbəcərdən evləri , binaları dağıdaraq gedirlər. Nə qədər dağıtsalar da, bunun əhəmiyyəti yoxdur. Bizə torpağımız lazımdır. Ərazi bütövlüyümüz təmin olundu. Şükürlər olsun ki, torpaqlar qayıtdı. Ümid edirəm ki, Ağdamda “İmarət” stadionu yaxın zamanlarda bərpa ediləcək. Fikrimdə var ki, Kəlbəcərdə futbol məktəbi açım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Başakşəhər” “Konyaspor”a belə uduzdu – Video

admin

AFFA-dan dünən baş verənlərlə bağlı BƏYANAT

admin

Almanlar Fransanı xilas edəcəkmi? – “Topaz”

admin